Bakı Apellyasiya Məhkəməsi körpələr evindən uşaq götürmək istəyən İsveçrəli ailənin iddiasını təmin etdi

Bakı Apellyasiya Məhkəməsi körpələr evindən uşaq götürmək istəyən İsveçrəli ailənin iddiasını təmin etdi

27 Fevral 2012 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl İsveçrə vətəndaşları Thuhufa Markar Cassim və İdroos Mohamed Markar Azərbaycanda uşaq övladlığa götürmək istəyiblər. Onlar Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı ilə birlikdə Bakı şəhərində yerləşən 1 saylı Körpələr Evində olub, burada azyaşlı körpəni seçiblər. Sonra isə Azərbaycan qanunvericiliyinə uygun olaraq, körpəni övladlığa götürmək üçün 1 saylı Körpələr Evinin yerləşdiyi Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər.

Məhkəmədə iddiaçı tərəf qismində İsveçrə vətəndaşları Thuhufa Markar Cassim və İdroos Mohamed Markar, maraqlı qarşı tərəf qismində isə 1 saylı Körpələr Evi, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyası çıxış edib.
Lakin məhkəmə iddianı təmin etməyib. Bununla bağlı Nəsimi Rayon Məhkəməsi 25 fevral 2011-ci ildə qərar çıxarıb. Əcnəbilər Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, yenidən prosesi uduzublar. Azərbaycan Ali Məhkəməsinə üz tutan İsveçrə vətəndaşları bu dəfə məhkəməni udublar. Sonradan Bakı Apellyasiya Məhkəməsi də Nəsimi Rayon Məhkəməsinin qərarını ləğv edib.
1 saylı Körpələr Evinin rəhbərliyi qərardan narazı qalsa da, seçdikləri körpə yaxın vaxtlarda İsveçrə vətəndaşlarına veriləcək.

O.M.