Müdafiə Nazirliyinin maşını işıq dirəyinə dəydi

Müdafiə Nazirliyinin maşını işıq dirəyinə dəydi

27 Fevral 2012 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, dünən Samux rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri, 1982-ci il təvəllüdlü Nizaməddin Məzahir oğlu Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə, maşında olan sərnişin, 1974-cü il təvəllüdlü Rəfail Mikayıl oğlu Ələsgərov ölüb. R.Ələsgərovun hərbçi olmadığı bildirilir. N.Abdullayev və maşında olan digər sərnişin, gizir, 1980-ci il təvəllüdlü Şaiq Əliheydər oğlu Seyidov isə xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

O.M.