Bakıda yaşayış mənzilində 67 yaşlı qadının cəsədi aşkar edildi

Bakıda yaşayış mənzilində 67 yaşlı qadının cəsədi aşkar edildi

25 Fevral 2012 22:58
633
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə altımərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən 1945-ci il təvəllüdlü Peşetova Lyudmila Padlovnayanın cəsədi aşkar edilib. L.Peşetovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:08-də başa çatıb.

Yasamal Rayon Prokurorluğunun məlumatına görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar olunmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır

O.M.