Masallıda yanğın şəxsi təsərrüfata külli miqdarda ziyan vurdu

Masallıda yanğın şəxsi təsərrüfata külli miqdarda ziyan vurdu

25 Fevral 2012 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-in Masallı rayon Dövlət Yanğından Mühafizə hissəsinin məlumatına görə, Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 6 kv.m sahədə, çardağa yığılmış 2 ton ot bağlamasının 1 tonu və tövləyə bitişik tikilmiş ümumi sahəsi 6 kv.m olan hin yanmış, hində olan cücələr (sayı məlum deyil) tələf olmuşdur. Tövlənin və ot bağlamasının qalan hissələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.