Azərbaycanda 24 fevralın kriminal xronikası

Azərbaycanda 24 fevralın kriminal xronikası

25 Fevral 2012 10:52
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 51 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Sumqayıt şəhər sakini Süleyman Ağayarov arvadı İlahəyə bıçaqla xəsarət yetirmişdir

24.02.2012

Fevralın 24-də Sumqayıt şəhər sakini Süleyman Ağayarov ailə münaqişəsi zəminində arvadı İlahəyə bıçaqla xəsarət yetirmişdir. S.Ağayarov Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutulmuşdur.

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

24.02.2012

Fevralın 24-də saat 23.30 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən Astara rayon sakini Taleh Əkbərov tərəfindən Lökbatan qəsəbə sakini Novruz Əsədova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmış və qəsəbə ərazisində idarə edilərkən maneəyə vurulmuşdur. Nəticədə xəsarət almış T.Əkbərov və sərnişinləri Kənan Bədəlzadə və Sabir Səlimov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

24.02.2012

Fevralın 24-də saat 14.50 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qəsəbə sakinləri Mübahir Nəsirovun idarə etdiyi "Hyundai", Mahir Mirzəyevin idarə etdiyi "VAZ-21061" və Ərəstun Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, xəsarət almış Ə.Məmmədov və sərnişinləri Sonya İsayeva və Seyfəddin İsayev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

24.02.2012

Fevralın 24-də saat 10.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Nərminə Novruzova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Bakı şəhər sakini Samir Həsənov tutulmuşdur

24.02.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Musa Musayevə qarşı zor tətbiq edərək, 760 manat pul və sənədlərini ondan almış Bakı şəhər sakini Samir Həsənov tutulmuşdur.

Şahbuz rayon sakini Zəka Sadiqov tapdığı tapançanı təhvil vermişdir

24.02.2012

Şahbuz rayonunun Badamlı kənd sakini Zəka Sadiqov tapdığı 1 ədəd "Makarov" tipli tapançanı könüllü olaraq RPŞ-yə təhvil vermişdir.

Gürcüstan vətəndaşı Fazil Omarov avtobusun altında qalaraq ölmüşdür

24.02.2012

Fevralın 24-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Fazil Omarov "Mercedes" markalı avtobusu təmir edərkən qaldırıcının nasazlığından avtobusun altında qalaraq ölmüşdür.

Yıxılaraq xəsarət almış Qaradağ rayonunun Müşfiqabad qəsəbə sakini Nursan Mirzəyeva ölmüşdür

24.02.2012

Fevralın 24-də Qaradağ rayonunun Müşfiqabad qəsəbə sakini Nursan Mirzəyeva yaşadığı evin 6-cı mərtəbəsindən yıxılmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Mirzəyeva orada ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

24.02.2012

Fevralın 24-də Sumqayıt şəhər sakinləri İradə Süleymanova, Babək Hüseynzadə, Dilarə Abbasova və Bərdə rayon sakini Aqil Haqverdiyev öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Füzuli rayon sakini Tural Abışov su hövzəsinə yıxılaraq boğulmuşdur

24.02.2012

Fevralın 24-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində Füzuli rayon sakini 5 yaşlı Tural Abışov su hövzəsinə yıxılaraq boğulmuşdur.

Şirvan şəhərinin sakini Mehdiyev Vaqifin özünü yandırmaq cəhdinin qarşısı alınmışdır

24.02.2012

Fevralın 24-də, saat 10.00 radələrində, Şirvan şəhərinin sakini, əvvəllər Cinayət Məcəlləsinin quldurluq, qanunsuz olaraq odlu silah və narkotik vasitələr saxlama maddələri ilə üç dəfə məhkum olunmuş Mehdiyev Vaqif Təzəxan oğlu Salyan rayon Prokurorluğunun qarşısında özünü yandırmağa cəhd etmiş, lakin polis əməkdaşları tərəfindən bunun qarşısı alınmışdır.
Hadisə ilə bağlı toplanmış materiallar Salyan rayon Prokurorluğuna göndərilmişdir.
Həmçinin müəyyən olunmuşdur ki, Cəlilabad rayon sakini Elçin Qurbanov fevralın 22-də ərizə ilə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edərək ayrı-ayrı vaxtlarda işlədiyi mağazaya gələn tanımadığı iki nəfərin və qohumu Vaqif Mehdiyevin sonuncudan pul borcunu tələb edəcəyi təqdirdə onu öldürməklə hədələdiyini bildirmişdir.
Fakt üzrə Rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.