Şirvan sakini Salyan Prokurorluğu qarşısında özünü yandırmaq istədi

Şirvan sakini Salyan Prokurorluğu qarşısında özünü yandırmaq istədi

25 Fevral 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan Rayon Prokurorluğunun məlumatına görə, fevralın 24-də, saat 10.00 radələrində, Şirvan şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin quldurluq, qanunsuz olaraq odlu silah və narkotik vasitələr saxlama maddələri ilə üç dəfə məhkum olunmuş Mehdiyev Vaqif Təzəxan oğlu Salyan rayon Prokurorluğunun qarşısında özünü yandırmağa cəhd etmiş, lakin polis əməkdaşları tərəfindən bunun qarşısı alınmışdır. Hadisə ilə bağlı toplanmış materiallar Salyan rayon Prokurorluğuna göndərilmişdir.

Həmçinin müəyyən olunmuşdur ki, Cəlilabad rayon sakini Elçin Qurbanov fevralın 22-də ərizə ilə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edərək ayrı-ayrı vaxtlarda işlədiyi mağazaya gələn tanımadığı iki nəfərin və qohumu Vaqif Mehdiyevin sonuncudan pul borcunu tələb edəcəyi təqdirdə onu öldürməklə hədələdiyini bildirmişdir. Fakt üzrə Rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.