Balakən rayonunda Rusiya vətəndaşı özünü asdı

Balakən rayonunda Rusiya vətəndaşı özünü asdı

24 Fevral 2012 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən Rayon Polis Şöbəsinin məlumatına görə, fevralın 23-də saat 20.00 radələrində rayonun Hənifə kəndində intihar hadisəsi qeydə alınıb. 1974-cü ildə rayonun Hənifə kəndində anadan olan, hazırda Rusiyada pasport qeydiyyatında olan Qurbanov Kamran Qoquli oğlu özünü yaşadığı evin həyətində tikilmiş hamamda elektrik naqili ilə asaraq intihar edib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

O.M.