Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavininin cinayət işi məhkəməyə göndərildi

Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavininin cinayət işi məhkəməyə göndərildi

23 Fevral 2012 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi materialları baxılmaq üçün məhkəməyə göndərilib. Sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası isə martın 5-nə təyin olunub.

Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimova qarşı sonradan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3.2-ci (təkrar törədildikdə) və 3.3-cü (külli miqdarda rüşvət alma) bəndləri ilə də əlavə ittihamlar elan edilib.

O.M.