Tovuzda 20 yaşlı gənc 30 yaşlı həmyerlisini bıçaqladı

Tovuzda 20 yaşlı gənc 30 yaşlı həmyerlisini bıçaqladı

22 Fevral 2012 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonunun Yuxarı Öysüzlü kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Kənd sakini, 20 yaşlı Rövşən Qasımov mübahisə zəmində Əlibəyli kənd sakini 30 yaşlı Habil İsgəndərova bıçaqla xəsarət yetirib. Xəsarət almış Habil İsgəndərov Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətmiş Rövşən Qasımov tutularaq istintaqa cəlb edilib. Faktla əlaqədar Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

O.M.