Həbsdə olan İctimai Palatanın üzvləri barəsində çıxarılan məhkəmə qərarından kassasiya şikayəti verildi

Həbsdə olan İctimai Palatanın üzvləri barəsində çıxarılan məhkəmə qərarından kassasiya şikayəti verildi

22 Fevral 2012 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Palatanın (İP) 2011-ci il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barələrində olan məhkəmə qərarından kassasiya şikayəti verilib. Vəkil Əsabəli Mustafayevin jurnalistlərə açıqlamasına görə, Bakı Apellyasiya Məhkəməsinin qərarından olan kassasiya şikayətləri məhkəməyə təqdim olunub. Yaxın vaxtlarda şikayət əsasında keçiriləcək məhkəmə iclasının vaxtı müəyyən olunacaq.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub.

O.M.