Bakıda işıq dirəyinə dəyən avtomobilin sürücüsü həlak oldu

Bakıda işıq dirəyinə dəyən avtomobilin sürücüsü həlak oldu

22 Fevral 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən gecə Xətai rayonu, Nobel prospektində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər sakini, 25 yaşlı Miryusif Əhmədovun idarə etdiyi "VAZ 2108" markalı 90 XT 283 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü ölüb, maşında olan sərnişin isə xəsarət alıb.

O.M.