MTN "Sepah" və "Hizbullah"ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirdi

MTN "Sepah" və "Hizbullah"ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirdi

21 Fevral 2012 18:34
732
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) ölkədə İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və "Hizbullah"ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirib. MTN-nin yaydığı məlumata görə, dəstə ölkədəki xarici vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terror törədilməsi məqsədilə yaradılıb. Dəstə üzvləri "Sepah"ın təlimatı ilə kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar. "Sepah"ın əməkdaşı Həmid adlı şəxslə "Hizbullah" terror təşkilatının "Müqavimət" hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbasın birgə yaratdığı mütəşəkkil dəstənin üzvləri arasında vəzifə bölgüsü belə aparılıb.

O.M.