15 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik keçirmək cəhdinin qarşısı alındı

15 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik keçirmək cəhdinin qarşısı alındı

20 Fevral 2012 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin verdiyi məlumata görə, 15 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunan əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Cəzaçəkmə Müəssisəsinin görüş otağında həmin müəssisədə cəza çəkən 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 317.2.1 və 67-ci maddələri ilə təqsirli bilinərək 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Dadaşov Elçin Rafiq oğlunun üzərinə və ona gətirilmiş sovqata baxış keçirilib. Bu zaman "Antonelli & Croissants" etiketli şirniyyat qutusunun içindən sellofana bükülmüş 14 ədəd xırda daşabənzər kristallaşmış, ümumi çəkisi 12,042 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

O.M.