Azərbaycanda 18-19 fevralın kriminal xronikası

Azərbaycanda 18-19 fevralın kriminal xronikası

20 Fevral 2012 11:58
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 96 cinayət faktı qeydə alınmışdır

18.02.2012-ci ildə gün ərzində 57 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.

Beyləqan rayon sakini Yusif Qasımov intihar məqsədilə özünü su kanalına atmışdır

18.02.2012

Fevralın 18-də Beyləqan rayon sakini Yusif Qasımov intihar məqsədilə özünü su kanalına atmışdır. Görülmüş tədbirlər nəticəsində Y.Qasımov xilas edilmişdir.

Fariz İsayevə bıçaqla xəsarət yetirmiş Sulutəpə qəsəbəsi ərazisində qəsəbə sakinləri Vüqar İslamov tutulmuşdur

18.02.2012

Fevralın 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində qəsəbə sakinləri Vüqar İslamov münaqişə zəminində Fariz İsayevə bıçaqla xəsarət yetirmişdir. V.İslamov Binəqədi RPİ 40-cı PB əməkdaşları tərəfindən tutulmuşdur.

Günel Məlikovanı döyərək öldürməkdə şübhəli bilinən Kamil və Rafiq Məmmədovlar tutulmuşlar

18.02.2012

Sabunçu rayonu 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Günel Məlikovanın onunla eyni ünvanda yaşayan Kamil Məmmədov və onun qardaşı Rafiq tərəfindən döyülməsi nəticəsində ölməsi müəyyən edilmişdir. Kamil və Rafiq Məmmədovlar tutulmuşlar.

Bakı şəhər sakini Musa Bağırovu döyərək yetirdiyi xəsarətlərlə ölümünə səbəb olmuş Naxçıvan şəhər sakini Hidayət Hidayətzadə tutulmuşdur

18.02.2012

Yanvarın 26-da Binəqədi rayonu ərazisində Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Hidayət Hidayətzadə münaqişə zəminində Bakı şəhər sakini Musa Bağırovu döymüşdür. Fevralın 10-da M.Bağırov xəstəxanaya yerləşdirilmiş və aldığı xəsarətlərdən fevralın 18-də orada ölmüşdür. Binəqədi rayonu 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Hidayətzadə tutulmuşdur.

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Telman Babayev tutulmuşdur

18.02.2012

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Aydın Qurbanovun idarə etdiyi "Hyundai" markalı avtomaşını saxladaraq bıçaqla ona hədə-qorxu gəlib 10 manat pulunu almış, şəhər sakini Telman Babayev tutulmuşdur.

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

18.02.2012

Fevralın 18-də saat 20.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini Möhübbət Həsənov idarə etdiyi "VAZ-2121" markalı avtomaşınla Ağsu rayon sakini Tural Əkbərovu vurmuşdur. Piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

18.02.2012

Fevralın 18-də saat 21.30 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Məcidov idarə etdiyi "VAZ-21015" markalı avtomaşınla Bakı şəhər sakini Oqtay Quliyevi vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşid Osmanov tutulmuşdur

18.02.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il dekabrın 28-də Aqil Quliyevə məxsus "Cheri Covin" markalı avtomaşını quldurluq yolu ilə aparmış Bakı şəhər sakini Rəşid Osmanov tutulmuş, avtomaşın isə Qaraçuxur qəsəbəsi ərazisində sökülmüş vəziyyətdə tapılmışdır.

Pul və qızıl əşyaları oğurlamış Şəmkir rayon sakini İlkin Mehdiyev tutulmuşdur

18.02.2012

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Rəna Ələkbərovanın mənzilindən 700 dollar, 300.000 rubl, 290 manat pul və qızıl əşyalarını oğurlamış rayon sakini İlkin Mehdiyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Ruslan Xankişiyev tutulmuşdur

18.02.2012

Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-nə keçən gecə rayon sakini Rauf Səmədovun evindən pəncərədən girmək yolu ilə 132 manat pul, qızıl və geyim əşyaları oğurlanmış həmyerlisi əvvəllər məhkum olunmuş Ruslan Xankişiyev tutulmuşdur.

Dəm qazından zəhərlənmiş Fariz Heydərov ölmüşdür

18.02.2012

Fevralın 18-də Sabunçu rayonu ərazisində yaşayan Fariz Heydərov evində dəm qazından zəhərlənərək ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

18.02.2012

Fevralın 18-də Sumqayıt şəhər sakinləri Seymur Mahmudov, Nofəl Rüstəmov, Şəhla Məmmədova, Kəmalə Ağaxanova, Bakı şəhər sakini Aynurə Şıxəliyeva, Abşeron rayon sakini Məcid Əliyev və Gəncə şəhər sakini Məlahət Quliyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
Fevralın 18-də Səbail rayonu ərazisində yaşayanlar Nigar Məmmədova, Nəcibə Məmmədzadə, onun bacıları Ziba və Gülnarə evlərində dəm qazından zəhərlənmişlər. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.


19.02.2012-ci ildə gün ərzində 39 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini Rövşən Qasımova bıçaqla xəsarət yetirmiş Habil İsgəndərov tutulmuşdur

19.02.2012

Fevralın 19-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində rayon sakini Habil İsgəndərov münaqişə zəminində həmyerlisi Rövşən Qasımova bıçaqla xəsarət yetirmişdir. H.İsgəndərov Tovuz RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Pul, brilyant və qızıl-zinət əşyaları olan seyfi oğurlamış Bakı şəhər sakinləri Məlik Məlikov, Səbuhi Məmmədov və Vasif İsmayılov tutulmuşlar

19.02.2012

Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də "Life Centre" ticarət mərkəzində Bakı şəhər sakini İsgəndər Məcidova məxsus mağazadan içərisində 32.000 dollar pul, brilyant və qızıl-zinət əşyaları olan seyfi oğurlamış şəhər sakinləri Məlik Məlikov, Səbuhi Məmmədov və Vasif İsmayılov tutulmuşlar.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

19.02.2012

Fevralın 19-da saat 19.00 radələrində Kürdəmir rayonu ərazisində rayon sakini Şahid Səlimov "Hyundai-SantaFe" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Sumqayıt şəhər sakini Zöhrab Hüseynov tutulmuş və ondan 0,174 qram heroin götürülmüşdür

19.02.2012

Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-na keçən Bakı şəhər sakini İsmayıl Əliyevə məxsus "Mercedes" markalı avtomaşının güzgüsünü sökülərək oğurlanmış Sumqayıt şəhər sakini Zöhrab Hüseynov tutulmuş və ondan 0,174 qram heroin götürülmüşdür.

Bakı şəhər sakini Zaur Əhmədovun evinə baxış zamanı 1 ədəd tapança aşkar edilərək götürülmüşdür

19.02.2012

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini əvvəllər məhkum olunmuş Zaur Əhmədovun evinə baxış zamanı 1 ədəd "Naqan" tipli tapança aşkar edilərək götürülmüşdür.

Ruslan Süleymanovun Bərdə rayonundakı evinə baxış zamanı oradan 1,057 kq heroin aşkar edilərək götürülmüşdür

19.02.2012

Fevralın 16-da Yasamal RPİ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Ruslan Süleymanovun Bərdə rayonundakı evinə baxış zamanı oradan 1 kiloqram 57 qram heroin aşkar edilərək götürülmüşdür. R.Süleymanovun narkotik vasitəni Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Qənbərovdan alması müəyyən edilmiş və o, tutulmuşdur.

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

19.02.2012

Fevralın 19-da saat 08.15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Sahil qəsəbə sakini Şaiq Fətəliyev "Deltabus" markalı avtobusu idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış 5 nəfər sərnişin xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

19.02.2012

Fevralın 19-da Sumqayıt şəhər sakinləri Səhər Aslanova, Sahibə Məhərrəmova, İlhamə Mikayılova, Yeganə Nuriyeva, Abşeron rayon sakini Sevda Kazımova, İlham Tağıyev, İdrak Babatov öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Səbail rayonunun Şıx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

19.02.2012

Fevralın 18-də saat 21.00 radələrində Səbail rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Aytən Məmmədova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

O.M.