Bakıda iki kişi bir qadını öldürdü

Bakıda iki kişi bir qadını öldürdü

20 Fevral 2012 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu Rayon Prokurorluğunun məlumatına görə, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, ev 29-da yaşayan, 1982-ci il təvəllüdlü Günel Məlikovanın meyiti tapılıb. Qadının 55 yaşlı Kamil Məmmədov və onun qardaşı, 61 yaşlı Rafiq Məmmədov tərəfindən döyülərək öldürüldüyü məlum olub. Onların hər ikisi polis tərəfindən saxlanılıb. Öldürülən qadın və iki qardaşın birlikdə tüfeyli həyat tərzi keçirdiyi müəyyənləşib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.