Ban nömrəsi saxtalaşdırılan və beynəlxalq axtarışda olan avtomobil aşkarlanıb

Ban nömrəsi saxtalaşdırılan və beynəlxalq axtarışda olan avtomobil aşkarlanıb

27 May 2019 17:28
Bəyəndim (0) Bəyənmədim (0)

Sənədlərdən və gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə edərək xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitələrinin gətirilməsi və satışının təşkil edilməsi barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə əməliyyat məlumatı daxil olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, 2009-cu il buraxılışlı, şassi nömrəsi "JTJHY00W104040870" olan "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə doğurduğu üçün "Lexus Bakı Mərkəzi" MMC-ə məktubla müraciət edilib. Yoxlama zamanı "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu, kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin "JTJHY00W204024709" olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.