Bakıda BMT əməkdaşının anasının qatili həbs olundu

Bakıda BMT əməkdaşının anasının qatili həbs olundu

20 Fevral 2012 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Polis İdarəsinin məlumatına görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 73 yaşlı Elmira İsmayılovanı yaşadığı evdə qətlə yetirərək mənzilə od vuran şəxsin mərhumun qonşusu, 23 yaşlı Natiq Hümbətov olduğu müəyyənləşib. N.Hümbətov polis tərəfindən saxlanılıb. O, ilkin dindirilmə zamanı hadisəni qarət məqsədi ilə törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, qeyd olunan qətl hadisəsi 17 fevral tarixində gecə saatlarında paytaxtın Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər. Qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.

O.M.