Azərbaycanda 16 fevralın kriminal xronikası

Azərbaycanda 16 fevralın kriminal xronikası

17 Fevral 2012 11:50
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 57 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 42-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 4 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi

16.02.2012

Fevralın 16-da saat 12.00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində rayon sakini Kazım Nuriyev "UAZ" markalı avtomaşını idarə edərkən yolu keçən Minarə İmanovanı vurmuşdur. Nəticədə, piyada hadisə yerində ölmüşdür.

Göyçay rayonunun Müşkürlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi

16.02.2012

Fevralın 16-da saat 13.00 radələrində Göyçay rayonunun Müşkürlü kəndi ərazisində Ucar rayon sakini Kamil Əsgərov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişini Qasım Qəhrəmanov hadisə yerində ölmüşdür.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.02.2012

Fevralın 16-da saat 19.30 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Vüqar Həsənov "AzSamand" markalı avtomaşını idarə edərkən onu hasara vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini Namiq Abbasov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.02.2012

Fevralın 16-da saat 20.30 radələrində Sabunçu rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Mirəli Hüseynov vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.02.2012

Fevralın 16-da saat 17.45 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Lyuba Lipatova vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Təmirə dayanmış "Mərdəkan" balıqçı gəmisində yanğına keçən partlayış baş vermişdir

16.02.2012

Fevralın 16-da saat 13.30 radələrində "DSP" şirkətinin ərazisində təmirə dayanmış "Mərdəkan" balıqçı gəmisində yanğına keçən partlayış baş vermişdir. Yanğın söndürüldükdən sonra gəminin kapitanı Hacı Xanbutayevin, motorçu Maarif Ağayevin, qaynaqçı Mehman Hacıyevin və mexanik Sahib Beydullayevin meyitləri tapılmışdır.

Nəsimi rayonu ərazisində yaşayan Vüqar Salmanovun mənzilində yanğın baş vermişdir

16.02.2012

Fevralın 16-da saat 03.00 radələrində Nəsimi rayonu ərazisində yaşayan Vüqar Salmanovun mənzilində yanğın baş vermişdir. Nəticədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, orada kirayədə yaşayan Nüşabə Kişiyeva isə yüngül yanıq xəsarəti almışdır.

Keşlə Yük Stansiyasının ərazisindən odlu silah və vasitələri tapılmışdır

16.02.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Keşlə Yük Stansiyasının ərazisində 1 ədəd "AKM" avtomat silahı, 152 ədəd avtomat patronu və 8 ədəd patron darağı tapılmışdır.

Bakı şəhər sakini İlqar Dadaşovun çay evində qumarxana təşkil etməsi müəyyən edilmişdir

16.02.2012

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini İlqar Dadaşovun "Prestij" çay evində qumarxana təşkil etməsi müəyyən edilmişdir.

Avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Nuriyev və Eldar Məmmədov tutulmuşlar

16.02.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci ilin yanvar-fevral ayları ərzində Daşqın Muradova, Seymur Rzayevə, Səbuhi Zərbəliyevə, Habil Babaşova, Elgün Xudiyevə, Nəbi Məhərrəmova, Müşfiq Zamanlıya, Əliş Əsədova, Zülal Məmmədova, Hikmət Şərifova və Məmmədəli Məmmədova məxsus avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Elçin Nuriyev və Eldar Məmmədov tutulmuşlar.

Bakı şəhər sakini Orxan Abdullayevdən 303 qr heroin götürülmüşdür

16.02.2012

Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Abdullayevdən 303 qram heroin götürülmüşdür.

Bərdə rayon sakini Ruslan Süleymanovdan 780 qr heroin götürülmüşdür

16.02.2012

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Ruslan Süleymanovdan 780 qram heroin götürülmüşdür.

Quldurluq etməkdə şübhəli bilinən Masallı rayon sakini Surac İsmayılov və Bakı şəhər sakini Səbuhi Gülalıyev tutulmuşlar

16.02.2012

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 4-də Tapdıq Həsənovu bıçaqla hədələyərək 1500 manat pulunu almış Masallı rayon sakini Surac İsmayılov və Bakı şəhər sakini Səbuhi Gülalıyev tutulmuşlar.

Bakı şəhər sakini Orxan Dadaşov tutulmuşdur

16.02.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Xəyyam Ramazanova və Zülfüqar Mustafayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Orxan Dadaşov tutulmuşdur.

Göygöl rayon sakini Əliağa Qurbanzadədən odlu silah və vasitələri götürülmüşdür

16.02.2012

Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göygöl rayon sakini Əliağa Qurbanzadədən 1 ədəd "TT" markalı tapança və 8 ədəd patron götürülmüşdür. Ə.Qurbanzadənin həmin silahı Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Əliyevdən 400 dollara alması müəyyən edilmişdir.

Gürcüstan vətəndaşı Hüseyn Hüseynovun qumarxana təşkil etməsi müəyyən edilmişdir

16.02.2012

Bakı BPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rüstəmov küçəsindəki "Nülufər" şadlıq evinin 1-ci mərtəbəsində Gürcüstan vətəndaşı Hüseyn Hüseynovun qumarxana təşkil etməsi müəyyən edilmişdir.

Kürdəmir Dəmir Yolu Stansiyasının ərazisində qəza hadisəsi

16.02.2012

Fevralın 15-də saat 21.25 radələrində Kürdəmir Dəmir Yolu Stansiyasının ərazisində elektrovozla Kürdəmir şəhər sakini Fariz Rzayev vurulmuş, o, hadisə yerində ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

16.02.2012

Fevralın 16-da Sumqayıt şəhər sakini Xatirə Məmmədova, Göygöl rayon sakinləri Leyla Babaşova, Gəncə şəhər sakini Günel İsmayılova və Abşeron rayon sakini Solmaz Kərimova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

O.M.