Azərbaycanda 15 fevralın kriminal xronikası

Azərbaycanda 15 fevralın kriminal xronikası

16 Fevral 2012 11:56
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 66 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 42-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

1 partlayış hadisəsi qeydə alınmışdır ki, nəticədə 4 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 44 nəfər tutulmuşdur.

Binəqədi rayonu ərazisində yaşayan Etibar Musayevin mənzilində təbii qazı sızmasından yanğına keçən partlayış baş vermişdir

15.02.2012

Fevralın 15-də saat 22.00 radələrində Binəqədi rayonu ərazisində yaşayan Etibar Musayevin mənzilində təbii qazı sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarətləri almış ev sahibi, arvadı Könül, oğlanları Abbas və Rəsul isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.

Pul və 2 ədəd mobil telefon oğurlamış Göygöl rayon sakini Rövşən Mehdiyev tutulmuşdur

15.02.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Cəfərov Elçinə məxsus 1000 manat pul və 2 ədəd mobil telefonu oğurlamış Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mehdiyev tutulmuşdur.

Qalib Qoşqarova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Elnur Nəzərov tutulmuşdur

15.02.2012

Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Qalib Qoşqarova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Elnur Nəzərov tutulmuşdur.

Avtomaşından oğurluq etmiş Naxçıvan şəhər sakini Tural Əliyev tutulmuşdur

15.02.2012

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Elmar Daşdəmirova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluq etmiş Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev tutulmuşdur.

İtkin düşmüş azyaşlı Kürdəmir rayon sakinləri tapılaraq evlərinə qayıtmışlar

15.02.2012

DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Qaradağ RPİ və Kürdəmir RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fevralın 14-də itkin düşmüş Kürdəmir rayon sakinləri T.Ş, R.N. və onun bacısı M. tapılaraq evlərinə qayıtmışlar.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Nərgiz Məhərrəmova tutulmuşdur

15.02.2012

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayının 5-dən 20-dək olan müddət ərzində Binəqədi rayonu ərazisində yaşayan Tofiq Əliyevin evindən qızıl, gümüş və ev əşyaları oğurlanmış Bakı şəhər sakini Nərgiz Məhərrəmova tutulmuşdur.

Oğurluq etdiyinə görə saxlanılmış Masallı rayon sakini Siyavuş Əlihüseynovdan 6,4 qram tiryək götürülmüşdür

15.02.2012

Fevralın 15-də Masallı rayon sakini Nəfisə Əlihüseynova RPŞ-yə ərizə ilə müraciət edərək həyətindəki dəmir çardağının əvvəllər məhkum olunmuş - oğlu Siyavuş tərəfindən oğurlanmasını bildirmişdir. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əlihüseynov saxlanılmış və ondan 6,4 qram tiryək götürülmüşdür.

Şirvan şəhər sakini Çingiz Quliyevdən 0,995 qr tiryək götürülmüşdür

15.02.2012

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Quliyev öz evində Ramil Paşayevlə birgə tiryəkxana təşkil etmələri müəyyən edilmiş, Ç.Quliyev saxlanılmış və ondan 0,995 qram tiryək götürülmüşdür.

Rəsul Xasıyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Sumqayıt şəhər sakini Nazim Zahirov tutulmuşdur

15.02.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Rəsul Xasıyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Sumqayıt şəhər sakini Nazim Zahirov tutulmuşdur.

Xırdalan şəhər sakini Adil Quliyev və Beyləqan şəhər sakini Surxay Ağayev tapdıqları odlu silah və vasitələrini könüllü olaraq təhvil vermişdir

15.02.2012

Xırdalan şəhər sakini Adil Quliyev tapdığı 185 ədəd patronu, 1 ədəd pulemyot lentini və 1 ədəd patron darağını könüllü olaraq Abşeron RPŞ-nə təhvil vermişdir.
Beyləqan şəhər sakini Surxay Ağayev 1 ədəd "Makarov" markalı tapançanı və 2 ədəd patron darağını könüllü olaraq Beyləqan RPŞ-nə təhvil vermişdir.

Oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini İslam Nağıyev saxlanılmışdır

15.02.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Rayon Mərkəzi Xəstəxanasında, orada işləyən Yaqut Əmirovaya məxsus 2 ədəd mobil telefonu çantasından oğurlanmış rayon sakini, əvvəllər məhkum olunmuş İslam Nağıyev saxlanılmışdır.

İmişli rayon sakini M.Əliyevə məxsus mağazadan oğurluq etmiş bir qrup rayon sakini tutulmuşdur

15.02.2012

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-nə keçən gecə rayon sakini Məhəmməd Əliyevə məxsus mağazadan dam örtüyünü sökmək yolu ilə 130 manat pul, danışıq kartları və tütün məmulatı oğurlanmış rayon sakinləri Qəzənfər İsaqlı, Elşən Sadıqov və Vüsal Əzizov tutulmuşlar.

Ötən ilin avqust ayında Türkiyə vətəndaşı A.Ömərin evindən oğurluq etmiş N.İxtiyarov tutulmuşdur

15.02.2012
Nəsimi RPİ və Ordubad RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il avqustun 3-də Türkiyə vətəndaşı Ayna Ömərin evindən 465 manat pul, 1 ədəd mobil telefon və qızıl əşyalarını oğurlayıb hadisə yerindən qaçmış Nizami İxtiyarov tutulmuşdur.

Radikal yönümlü dini təriqətlərdən birinə meylli olan Balakən rayon sakinləri P.Kərimovun və B.Musayevin evlərindən dini məzmunlu materiallar aşkar edilərək götürülmüşdür

15.02.2012
Balakən RPŞ və MTN-nin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində radikal yönümlü dini təriqətlərdən birinə meylli olan Mahamalar kənd sakini Polad Kərimovun evinə baxış zamanı 8 ədəd dini məzmunlu kitab, 1 ədəd jurnal və 1 ədəd broşür, Balakən şəhərində kirayədə yaşayan Zaqatala rayon sakini Bəhruz Musayevin evinə baxış zamanı isə 5 ədəd dini məzmunlu kitab aşkar edilərək götürülmüşdür.

Sumqayıt şəhərində 1 nəfər dəm qazından zəhərlənərək ölmüşdür

15.02.2012
Fevralın 15-də Sumqayıt şəhər sakini Könül Hüseynovanın evində Ədalət Xankişiyev dəm qazından zəhərlənərək ölmüşdür.

9 nəfər dəm qazı və dərmandan zəhərlənmələr ilə xəstəxanaya gətirilmişlər

15.02.2012
Fevralın 15-də Sumqayıt şəhər sakinləri Vüsal Tağıyev, Türkanə Həsənova, Sunay Əliyeva, Simnarə Mürsəlova, Abşeron rayon sakini Elşən Tağıyev, Şirvan şəhərindəki 152 №-li Peşə Məktəbində yaşayan Ağdam rayon sakinləri Sevinc Məmmədova, qızları Ülkər və Həcər və Gəncə şəhər sakini Türkan Əliyeva öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

O.M.