Mağazada narkotikanı təbliğ edən geyim satılır - VİDEO

Mağazada narkotikanı təbliğ edən geyim satılır - VİDEO

11 May 2019 05:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qısaqol köynəklərin üzərində narkotik vasitə hesab edilən çətənə bitkisinin şəkli vurulub. Narkotikanı təbliğ edən bu köynəklər Bakıdakı ticarət mərkəzlərindən birində satılır. Psixoloqlar bildirir ki, valideynlər övladlarının belə köynəklər almasına icazə verməməlidir.

Mağazada narkotik vasitəni təbliğ edən geyim satılır.

Paytaxtdakı bir ticarət mərkəzində yerləşən mağazada satışa çıxarılan qısaqol köynəklərin üzərində narkotik vasitə hesab edilən çətənə bitkisinin şəkilləri vurulub.

Mağazada satılan bu köynəklərin alıcısı da az deyil. Məsələni araşdırmaq üçün üz tutduq həmin ünvana. Elə içəri girər-girməz mağaza sahibi çəkiliş aparmağımıza mane oldu.

Sonra mağaza sahibi şifahi olaraq ''xəzər xəbər''ə bildirdi ki, həmin qısa köynəkləri ümumiyyətlə satışdan yığışdıracaq. Şəhər sakinlərinin isə üzərində narkotik vasitələri təbliğ edən köynəklərin satılmasına fikirləri birmənalıdır.

Psixoloqlar da bildirir ki, valideynlər övladlarının belə köynəklər almasına icazə verməməlidir.

© xezerxeber.az