"1001 Kriminal" qəzetinin məhkəmə işi təxirə salınıb

"1001 Kriminal" qəzetinin məhkəmə işi təxirə salınıb

21 Aprel 2011 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bu saatlarda Yasamal rayon Məhkəməsində "1001 Kriminal" qəzetinə qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi yekunlaşıb.


İşə məhkəmənin hakimi İlahə Abbasovanın sədrliyi ilə baxılıb. Tərəflər arasında anlaşılmazlıq baş verdiyindən məhkəmənin vaxtı 17 may 2011-ci ilə qədər uzadılıb.


Qeyd edək ki, Şirvan şəhər sakini Meymənət Rzaquliyeva "1001 Kriminal" qəzetini və onun redaktoru Aqil Hüseynovu "mənəvi zərərin təzminatı" iddiası üzrə Yasamal Rayon məhkəməsinə verib. Şikayətçi mərhumun anasıdır. O, məqalədə oğlunun narkobaron adlandırılmasına etiraz etdiyini və həmin məqaləni oxuyarkən bir neçə dəfə intihar etmək barədə düşündüyünü hakimə bildirib.


Qarşı tərəf isə məqalənin yekunlaşmış məhkəmə istintaq materiallarına əsasən qələmə alındığımı, bu zaman yazı üslubuna, faktlara toxunulmadığını qeyd edir.



1001 kriminal axtarışında olan "1001 kriminal" qəzeti bu dəfə kriminal xəbərin mövzusuna çevrildi.


Elvin Babayev


O.M.