Gömrükdə elektron siqaretlər və onlar üçün alışqan cihaz aşkarlanıb

Gömrükdə elektron siqaretlər və onlar üçün alışqan cihaz aşkarlanıb

6 May 2019 17:13
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 3120" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda dam örtüyünün və yan divar örtüklərinin arxasından vətəndaşın gömrük nəzarətindən gizlətdiyi 68400 ədəd "Parliament" markalı elektron siqaret və 27 ədəd "İqos" markalı elektron siqaret üçün alışqan cihaz aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.