Kürdəmirdə repetitor yanına gedən 3 məktəbli qız itkin düşdü

Kürdəmirdə repetitor yanına gedən 3 məktəbli qız itkin düşdü

15 Fevral 2012 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir Rayon Polis Şöbəsinin verdiyi məlumata görə, rayonun Carlı kənd sakinləri - 16 yaşlı Tünzalə Şirəliyeva, 16 yaşlı Röyalə Novruzova və onun əkiz bacısı Minayə Novruzova dünən yaşadıqları kənddən Kürdəmir rayonunun mərkəzinə hazırlıq məqsədi ilə müəllim yanına getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Onların valideynləri bu barədə Kürdəmir Rayon Polis Şöbəsinə məlumat veriblər. Araşdırmalar zamanı məktəbli qızların müəllim yanına getmədikləri məlum olub. Polis adıçəkilən şəxsləri itkin düşmüş kimi qeydiyyata alıb. Hazırda onların tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

O.M.