Gürcüstandan gələn avtomobildə mobil telefonlar aşkarlandı

Gürcüstandan gələn avtomobildə mobil telefonlar aşkarlandı

3 May 2019 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin salonunda arxa oturacağın içərisində xüsusi düzəldilmiş saxlanc yerindən üzərində "Samsung Galaxy A50" sözləri yazılmış 4 ədəd mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.