Zaqatalada 16 yaşlı qız dəm qazından boğuldu

Zaqatalada 16 yaşlı qız dəm qazından boğuldu

15 Fevral 2012 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala Rayon Prokurorluğunun verdiyi məlumata görə, dünən rayonun Kebeloba kəndində ölüm hadisəsi qeydə alınıb. 1996-cı il təvəllüdlü Kebeloba kənd sakini Ramazanova Şahzadə Şəmsəddin qızı axşam saatlarında hamamda huşsuz vəziyyətdə aşkar edilib. Hadisə yerinə təcilli yardım çağırılsa da, 16 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

O.M.