"Qoşa Çinar" şadlıq sarayının qarşısında qətl törədildi

"Qoşa Çinar" şadlıq sarayının qarşısında qətl törədildi

15 Fevral 2012 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir Rayon Prokurorluğunun verdiyi məlumata görə, dünən gecə Şəmkir şəhərində yerləşən "Qoşa Çinar" şadlıq sarayının qarşısında qətl hadisəsi qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Xəqani Əsgərov aralarında yaranmış münaqişə zəminində tanışı, 1983-cü il təvəllüdlü Elxan İbrahimovu bıçaqlayıb. E.İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisəni törədən X.Əsgərov tutulub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

O.M.