Azərbaycanda 12 fevralın kriminal xronikası

Azərbaycanda 12 fevralın kriminal xronikası

13 Fevral 2012 13:33
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər yaralanmışdır.

1 partlayış hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Binəqədi rayonu ərazisində X.Mikayılovu bıçaqla qətlə yetirmiş M.Babayev tutulmuşdur

12.02.2012

Fevralın 13-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yeni tikilmiş evlərdən birində kirayədə yaşayanlar Cəlilabad rayon sakini Müslüm Babayev münaqişə zəminində Şamaxı rayon sakini Xosrov Mikayılovu bıçaqla qətlə yetirmiş və bu zaman özü də bıçaq xəsarətləri almışdır. M.Babayev Binəqədi RPİ əməkdaşları tərəfindən tutulmuşdur.

Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini R.Abbasov vurulmuşdur

12.02.2012

Fevralın 12-də saat 19.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Rövşən Abbasov vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Hacıqabul rayon sakini X.Niftəliyevə məxsus hamamda yanğına keçən partlayış baş vermişdir

12.02.2012

Fevralın 12-də Hacıqabul rayonunda yaşayan Xəyalə Niftəliyevə məxsus hamamda təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə hamamın pəncərə və qapısının çərçivələri dağılmış, yanıq xəsarəti almış X.Niftəliyeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Fevralın 5-də mağazadan oğurluq etdiyinə görə tutulmuş Binəqədi qəsəbə sakini M.Sərxanovun digər oğurluq cinayətləri törətməsi də müəyyən edilmişdir

12.02.2012

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Turab Muxtarova məxsus mağazadan oğurluq etmiş Binəqədi qəsəbə sakini Məmməd Sərxanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 5-də və 6-da Bəybala Meybullayevə məxsus "VAZ-2104" markalı avtomaşından maqnitofonunu, səsgücləndiricilərini, Elyas Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşından yaddaş kartını, səsgücləndiricilərini və maqnitofon üzlüyünü, habelə fevralın 12-nə keçən gecə isə 179 saylı Orta Məktəbin kompüter otağından 2 ədəd monitor oğurlaması da müəyyən edilmişdir.

9 saylı orta məktəbdən kompüter ləvazimatlarını oğurlamış şəxslər tutulmuşlar

12.02.2012

Çevik Polis Alayı və Nəsimi RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də 9 saylı Orta Məktəbin direktorunun xidməti otağından kompüter ləvazimatlarını oğurlamış Bakı şəhər sakinləri Kənan Cəfərov, Emil Qasımov və Natiq Bağırov tutulmuşlar.

Y.Kərimova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini A.Səmədzadə tutulmuşdur

12.02.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Yunis Kərimova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Ağakərim Səmədzadə tutulmuşdur.

Fevralın 6-da E.Zeynalova məxsus avtomaşını qaçırmış Kürdəmir rayon sakini F.Qafarov tutulmuşdur

12.02.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Emin Zeynalova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış və idarə edərkən yol-nəqliyyat hadisəsi törətdiyindən hadisə yerində ataraq qaçmış Kürdəmir rayon sakini Fuad Qafarov tutulmuşdur.

Fevralın 9-da İ.Bayramova məxsus avtomaşından oğurluq etmiş Bakı şəhər sakini E.Mənsimov və F.Yusifov tutulmuşlar

12.02.2012

Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da İsmət Bayramova məxsus avtomaşından oğurluq etmiş Bakı şəhər sakini Elvin Mənsimov və Fərhad Yusifov tutulmuşlar.

Mobil telefonların satışı mağazasında saxta əsginaslar verərək 2 ədəd mobil telefon almış Xaçmaz rayon sakini O.Abbəyov saxlanılmışdır

12.02.2012

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də mobil telefonların satışı mağazasında orada satıcı işləyən Aygün Sədəfovaya 4 ədəd 50 manatlıq saxta əsginas verib 2 ədəd mobil telefon almış rayon sakini Orxan Abbəyov saxlanılmışdır.

Fevralın 9-da Ş.Musayevaya məxsus pul, qızıl əşyaları, mobil telefon və sənədləri oğurlamış Şabran rayon sakini H.Qurbanov tutulmuşdur

12.02.2012

Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Şəlalə Musayevaya məxsus 2600 manat pul, qızıl əşyaları, 1 ədəd mobil telefon, bankomat kartı və şəxsi sənədləri oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Hicran Qurbanov tutulmuşdur.

Fevralın 11-də Ş.Məmmədovaya və N.Allahverdiyevaya qarşı quldurluq etmiş Şəmkir rayon sakinləri R.Əliyev və Ə.Hacıyev tutulmuşlar

12.02.2012

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Şəlalə Məmmədovadan və Nənəxanım Allahverdiyevadan quldurluq yolu ilə 700 manat pul, 2 ədəd mobil telefon və qızıl əşyaları almış Dəllər qəsəbə sakinləri Rüfət Əliyev və Əzim Hacıyev tutulmuşlar.

Bakının Nizami rayonunda Sumqayıt şəhər sakini E.Rəcəbov damdan yıxılaraq ölmüşdür

12.02.2012

Fevralın 12-də Bakının Nizami rayonundakı T.Abbasov küçəsi, ev 18-in damından (5 mərtəbəli bina) Sumqayıt şəhər sakini Elçin Rəcəbov yıxılaraq ölmüşdür.

4 nəfər Abşeron rayon sakini dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər

12.02.2012

Fevralın 12-də Abşeron rayonu sakinləri 12 yaşlı Ayxan Qubadzadə, Ceyhun Rəhimov, Zəhra Mirzəyeva və Zaur Mehdiyev öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Qobustan rayonunda çardağın uçması nəticəsində xəsarət almış rayon sakini S.Zərbalıyev ölmüşdür

12.02.2012

Fevralın 12-də Qobustan rayonunun Poladlı kəndində, kənd sakini Səməd Zərbalıyevin həyətindəki çardaq qarın ağırlığından uçmuşdur. Bu zaman xəsarət almış S.Zərbalıyev xəstəxanaya aparılarkən yolda ölmüşdür.

O.M.