İki qadının zorla çantasını alan paytaxt sakini tutuldu

İki qadının zorla çantasını alan paytaxt sakini tutuldu

13 Fevral 2012 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fevralın 9-da Bakıxanov qəsəbə sakini Səma Rüstəmliyə qarşı zor tətbiq edərək, içərisində 1 ədəd mobil telefon və 107 manat pul olan çantasını ondan almış həmyerlisi Hüseyn Hüseynov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 10-da Tamara Talıbovaya qarşı zor tətbiq edərək, içərisində 1 ədəd mobil telefon və 30 manat pul olan çantasını ondan alması da müəyyən edilmişdir. Faktla bağlı araşdırma aparılır.

O.M.