Bakı polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxardı

Bakı polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxardı

13 Fevral 2012 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsində Lənkəran rayon sakini Elnur Allahverdiyevdən 3 kiloqramdan artıq narkotik vasitə olan həşiş və soyuq silah aşkar edilərək götürülüb.

Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Mirzəyev küçəsində yaşayan Beyləqan rayon sakini Nizami Qarayevdən 1,5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

O.M.