Bakının Yasamal rayonunda 7 sərxoş gənc polisə sataşdı

Bakının Yasamal rayonunda 7 sərxoş gənc polisə sataşdı

10 Fevral 2012 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda polis əməkdaşları ilə bir qrup gənc arasında qarşıdurma baş verib. Şahidlərin ifadəsinə görə, bir qrup gənc sərxoş vəziyyətdə Bakı Metropoliteninin "Nizami" stansiyanın platformasında polis əməkdaşlarına söz ataraq sataşıblar. Stansiyadan çıxandan sonra isə polis əməkdaşları ilə həmin şəxslər arasında dava düşüb. Nəticədə, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədə təqsirləndirilən şəxslərdən 3-ü isə saxlanılıb. Saxlanılanların adları və polis əməkdaşlarının kimliyi açıqlanmır. Hazırda faktla bağlı araşdırma aparılır. Yasamal Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır.

O.M.