Bu ay Azərbaycanda 186 PHS, 1 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirildi

Bu ay Azərbaycanda 186 PHS, 1 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirildi

9 Fevral 2012 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, 2012-ci ilin yanvar ayı ərzində Azərbaycanın 2 143 644 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 186 PHS, 1 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib. İndiyədək Azərbaycanda cəmi 183 615 679 kvadrat metr ərazi təmizlənib, 665 201 mina və PHS tapılaraq zərərsizləşdirilib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Göygöl, Yevlax, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

O.M.