Bakıda yanacaqla dolu olan yük maşını aşaraq partladı

Bakıda yanacaqla dolu olan yük maşını aşaraq partladı

8 Fevral 2012 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, bu gün saat 13.00 radələrində, Bakının Nizami rayonu, Nəvai küçəsi, 15 ünvanında, Bakı Neftayırma Zavodunun yaxınlığında yanğın hadisəsi qeydə alınıb. Maye qaz daşıyan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə, yanğınla müşahidə olunan partlayış baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürən maşın çıxarılıb. Ərazidəki insanlar təhlükəsiz əraziyə təxliyə olunublar. Hazırda yanğının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir.

O.M.