Zaqatalada maşın sürüşərək yol-nəqliyyat hadisəsi törətdi

Zaqatalada maşın sürüşərək yol-nəqliyyat hadisəsi törətdi

8 Fevral 2012 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon ərazisində bir nəfərin ölümü, digərinin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Çökək kəndinə gedən yolda baş verib. Zaqatala rayonu Göyəm kənd sakini, 1969-cu il təvəllüdlü Musayev Adil Zahid oğlu idarə etdiyi "VAZ 21099" markalı, 62 BF 794 dövlət nömrə nişanlı avtomobillə Göyəm kəndi istiqamətində hərəkət edərkən yolun kənarındakı 1963-cü il təvəllüdlü, Çöyəm kənd sakini Məmmədov Samir Ramiz oğlunu vurub. Adil Musayev Samir Məmmədovu vurduqdan sonra avtomobilin hərəkət istiqamətini itirərək maşını yolun kənarındakı daş hasara çırpıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki şəxs Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Samir Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

O.M.