Vətəndaşları aldadaraq onlardan "su pulu" yığan quldur dəstə zərərsizləşdirildi

Vətəndaşları aldadaraq onlardan "su pulu" yığan quldur dəstə zərərsizləşdirildi

7 Fevral 2012 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, yanvarın 30-dan fevralın 6-dək olan müddətdə Sabirabad rayon sakinləri Telman Zeyniyev, əvvəllər məhkum olunmuş Cabbar Mehdiyev və Kürdəmir rayon sakini Salman Əsədov özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək, Bakıxanov qəsəbə sakinləri Mahir Əhmədov, Xuraman Xubiyarova, Elmira Eminova, Aleksandra Qarşkova, Şövkət Məhərrəmova və Lətifə Əsədovanın hər birindən 50 manat alaraq mənimsədikləri üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutulublar. Faktla bağlı araşdırma aparılır.

O.M.