Ağsu rayonunda yanğında 82 yaşlı qoca vəfat etdi

Ağsu rayonunda yanğında 82 yaşlı qoca vəfat etdi

7 Fevral 2012 10:50
887
Bəyəndim (0) Bəyənmədim (0)

Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) verilən məlumata görə, ötən gecə saat 21.50 radələrində, rayon mərkəzindən 45 kilometr məsafədə yerləşən dağlıq Dilman kəndində yanğın hadisəsi qeydə alınıb. Ümumi sahəsi 72 kvadratmetr olan ev tamamilə yanıb. Yanğınsöndürənlər evə bitişik olan qonşu evlərin yanmasının qarşısını alıblar. Yanğın söndürüləndən sonra 1930-cu il təvəllüdlü Ağayev Ağacan Sirac oğlunun yanmış cəsədi aşkarlanıb. İlkin ehtimala görə, yanğın evdə qaz sobasının düzgün quraşdırılmamağı nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

O.M.