Zaqatala sakini donvurmadan öldü

Zaqatala sakini donvurmadan öldü

6 Fevral 2012 17:12
Bəyəndim (2) Bəyənmədim (11)

Zaqatala rayon Prokurorluğunun verdiyi məlumata görə, bu gün səhər saatlarında rayonun Əlibayramlı kəndi ərazisində kişi meyiti tapılıb. 1958-ci il təvəllüdlü, Əlibayramlı kənd sakini Hazmanov Rasim Hazman oğlunun donmuş cəsədi kəndin ərazisindəki su kanalında aşkar edilib. İlkin araşdırma zamanı məlum olub ki, Rasim Hazmanov arıçılıq təsərrüfatı ilə məşğul olurmuş. O, ötən gün təsərrüfata baş çəkmək adı ilə evdən çıxıb, sonra isə təsərrüfat ərazisindəki yardımçı tikilidə yemək yeyib. Məlumata görə, içkili vəziyyətdə evə qayıdan R.Hazmanov dərinliyi 1,5 metr olan su kanalına düşüb və donvurmadan dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

O.M.