Lənkəranda ağır yol qəzası baş verdi

Lənkəranda ağır yol qəzası baş verdi

6 Fevral 2012 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, bu gün saat 13.50 radələrində Ələt-Astara magistralının 190,6-cı kilometrliyində - Lənkəranın Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Masallı rayonunun Əhmədli kənd sakini, 1987-ci il təvəllüdlü Samir Mənəf oğlu Səfərovun idarə etdiyi "VAZ-2107" markalı, 90 ES 573 dövlət nömrə nişanlı avtomobil Masallının Təklə kənd sakini, 1982-ci il təvəllüdlü Sübhan Qulaməli oğlu Kazımovun idarə etdiyi "VAZ-2107" markalı, 10 TR 789 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə, hər iki sürücü və avtomobillərdən birinin sərnişini, Masallının Əhmədli kənd sakini, 1987-ci il təvəllüdlü Rəhman Hadı oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı DİN-nin BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

O.M.