Azərbaycanda 05 fevralın kriminal xronikası

Azərbaycanda 05 fevralın kriminal xronikası

6 Fevral 2012 12:11
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 37 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

8 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 4 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

Bakı şəhər sakini Rahim Qafarov tutulmuşdur

05.02.2012

Fevralın 5-də Sabunçu rayonu ərazisində naməlum şəxs şəhər sakini Elman İbrahimova qarşı zor tətbiq edərək mobil telefonunu ondan almışdır. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Rahim Qafarov tutulmuşdur.

Binəqədi rayonu ərazisində yaşayan Əhliman Qədirova məxsus evdə təbii qazın sızmasından partlayış baş vermişdir

05.02.2012

Fevralın 5-də Binəqədi rayonu ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan Əhliman Qədirova məxsus evdə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə evin konstruksiyalarına ziyan dəymiş, yanıq xəsarətləri almış Ə.Qədirov, arvadı - Məlahət və qızı - Nəcibə isə xəstəxanaya yerləşdirilmişlər.

Binəqədi rayonu ərazisində yaşayan Yaqub Mehdiyevə məxsus evdə təbii qazın sızmasından partlayış baş vermişdir

05.02.2012

Fevralın 5-də Binəqədi rayonu ərazisində yaşayan Yaqub Mehdiyevə məxsus 2 mərtəbəli evin birinci mərtəbəsindəki mətbəxdə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə mətbəxin konstruksiyalarına ziyan dəymiş, xəsarət almış Turanə Əlizadəyə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Murad Nuriyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Aleksey Muslanov tutulmuşdur

05.02.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Murad Nuriyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Aleksey Muslanov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Şahlar Səmidov tutulmuşdur

05.02.2012

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də rayon sakinləri Hacalı Seyidova, Elşad Yusifova və Məhəddin Hüseynova məxsus hərəsinin 1 baş inəyini, Zabit Şıxalıyevin isə 2 baş qoyununu oğurlamış rayon sakini Şahlar Səmidov tutulmuşdur.

Sabunçu rayonu ərazisində yaşayan Ramil Həsənov dəm qazından, Nəsimi rayonu ərazisində yaşayan Nigar Mirsultanova zəhərlənərək ölmüşlər

05.02.2012

Fevralın 5-də Sabunçu rayonu ərazisində yaşayan Ramil Həsənov evində dəm qazından zəhərlənərək ölmüşdür.
Fevralın 5-də Nəsimi rayonu ərazisində yaşayan Nigar Mirsultanova dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

05.02.2012

Fevralın 5-də Sumqayıt şəhəri sakinləri Rəvanə Heydərova, Arzu Cəfərova, Nuranə Nəcəfova və Fuad Babaşov öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

O.M.