Həyat yoldaşından ayrılmış Şirvan şəhər sakini intihar etdi

Həyat yoldaşından ayrılmış Şirvan şəhər sakini intihar etdi

4 Fevral 2012 18:09
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvan şəhər Prokurorluğundan verilən xəbərə görə, şəhərin Z.Tağıyev küçəsində yerləşən dülgər sexində usta işləyən 1984-cü il təvəllüdlü Əliyev Aqşin Ələddin oğlu ötən gecə özünü işlədiyi sexin dəmir qapısından kəndirlə asaraq intihar edib. Sexin sahibi işə gələrkən onun meyitini asılı vəziyyətdə aşkar edib . Hadisə yerinə gələn mərhumun valideynləri Aqşinin bir müddət əvvəl həyat yoldaşından ayrıldığını deyiblər. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

O.M.