Azərbaycanda 03 fevralın kriminal xronikası

Azərbaycanda 03 fevralın kriminal xronikası

4 Fevral 2012 12:09
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 39 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 14-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

10 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 4 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Quldurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Kamran Yusifov və Elçin Quliyev tutulmuşlar

03.02.2012

Fevralın 1-də saat 17.00 radələrində Gəncə şəhəri ərazisində 4 naməlum şəxs şəhər sakini Tofiq Məmmədovu bıçaqla hədələyərək 65 manat pulunu almışdır. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Kamran Yusifov və Elçin Quliyev tutulmuş, digər 2 nəfər iştirakçının isə tutulması üçün tədbirlər davam etdirilir.

Xəsarət almış Lənkəran şəhər sakini Vüsalə Həbibova ölmüşdür

03.02.2012

Fevralın 3-də Lənkəran şəhər sakini Vüsalə Həbibova yaşadığı evin 5-ci mərtəbəsindən özünü atmış və aldığı xəsarətdən xəstəxanada ölmüşdür.

Əmircan qəsəbəsinin ərazisində 55-60 yaşlı qadın meyiti tapılmışdır

03.02.2012

Fevralın 3-də saat 13.45 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsinin ərazisində, üzərində zorakılıq əlamətləri görünməyən 55-60 yaşlı qadın meyiti tapılmışdır.

Türkan qəsəbə sakini Bəfalı Ramazanova məxsus evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir

03.02.2012

Fevralın 3-də saat 10.00 radələrində Xəzər rayonunun Türkan qəsəbə sakini Bəfalı Ramazanova məxsus evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə qapı və pəncərə çərçivələri dağılmış, evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, xəsarət almış ev sahibinə, anası Sevilə, oğlu Vüqara və qızı Sevilə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Vilayət Salahov tutulmuşdur

03.02.2012

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Xətai RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Dmitiriy Başyukin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Daewoo" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Vilayət Salahov tutulmuşdur.

Avtomaşın qaçırmış Bakıxanov qəsəbə sakini Coşqun Qəmbərov saxlanılmışdır

03.02.2012

Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də İlham Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış Bakıxanov qəsəbə sakini Coşqun Qəmbərov saxlanılmışdır.

Avtomaşın qaçırmış Bakı şəhər sakini Rəşad Cəlilov tutulmuşdur

03.02.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Rafiq İbrahimova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış qrupun digər üzvü Bakı şəhər sakini Rəşad Cəlilov tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Tahir Məmmədov tutulmuşdur

03.02.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Rafiq Abbasovun ölümü, Gülsevən İbrahimovanın isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Mercedes" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Tahir Məmmədov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini Eldəniz Qasımov tutulmuşdur

03.02.2012

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Gəncə şəhəri ərazisində şəhər sakini Elməddin Bağırova məxsus mağazadan 5 ədəd yataq dəsti oğurlanmış Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Eldəniz Qasımov tutulmuşdur.

Naxçıvan şəhər sakini Siyavuş Kərimov tapdığı silah-sursatı təhvil vermişdir

03.02.2012

Naxçıvan şəhər sakini Siyavuş Kərimov tapdığı 1 ədəd "TOZ-8" tüfəngini, 1 ədəd qumbaranı, 12 ədəd alışdırıcını, 50 ədəd pulemyot patronunu və 3 ədəd patron darağını könüllü olaraq Naxçıvan ŞPİ-yə təhvil vermişdir.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya gətirilmişlər

03.02.2012

Fevralın 3-də Nizami (Gəncə) rayon sakini Sevgi Əhmədova, Abşeron rayon sakinləri Cavid Rəfiyev - arvadı Vüsalə və 3 azyaşlı uşaqları, Ramilə Allahverdiyeva və onun oğlu 8 yaşlı Fərid, Şəlalə İbrahimova, Ruqiyyə Salmanova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Donvurma nəticəsində 40-45 yaşlı kişi ölmüşdür

03.02.2012

Fevralın 3-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində 40-45 yaşlı kişi donvurma nəticəsində ölmüşdür.

H.Z.Tağıyev qəsəbəsi ərazisində qeyri-qanuni tikilmiş 3 evdə yanğın baş vermişdir

03.02.2012

Fevralın 3-də saat 04.00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qeyri-qanuni tikilmiş 3 evdə yanğın baş vermişdir. Nəticədə evlərin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, orada kirayədə yaşamış şəhər sakinləri Afaq Məmmədova, onun uşaqları 6 yaşlı Aydanın və 2 yaşlı Anarın yanmış meyitləri aşkar edilmişdir.

Şaxtalı hava şəraitinin yeganə üstün cəhəti odur ki, cinayətlərin sayı kəskin şəkildə azalıb...

Murad Şahməmmədov

O.M.