"Azad Yeni Fikir", "21-ci əsr" və "Həftəlik Azərbaycan" qəzetlərinin baş redaktoru həbsə alındı

"Azad Yeni Fikir", "21-ci əsr" və "Həftəlik Azərbaycan" qəzetlərinin baş redaktoru həbsə alındı

3 Fevral 2012 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay Rayon Polis Şöbəsindən bildirilir ki, rayon sakini Aqil Mahmudov Mübariz Ağarəhimovdan məhkəmədə həbsdən buraxılması qarşılığında 5500 manat alıb. Bundan başqa o, 6 rayon sakinindən pul alaraq, bunun əvəzində "21-ci əsr" qəzetinə işə düzəldəcəyinə, yüksək əmək haqqı ödəyəcəyinə söz verib, onlara saxta jurnalist vəsiqəsi paylayıb.

Araşdırmalar zamanı A. Mahmudovun "Azad Yeni Fikir", "21-ci əsr" və "Həftəlik Azərbaycan" qəzetlərinin baş redaktoru, Müstəqil Redaktorlar Birliyinin sədri və Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən 88 saylı Göyçay Seçki Dairəsi üzrə keçmiş deputatlığa namizəd olduğu müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Onu da qeyd edək ki. A. Mahmudovun qardaşı Adil Mahmudov da bir qədər əvvəl dələduzluq ittihamı ilə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs olunub.

O.M.