Azərbaycanda 02 fevralın kriminal xronikası

Azərbaycanda 02 fevralın kriminal xronikası

3 Fevral 2012 14:05
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 43 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 26-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

9 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 4 nəfər yaralanmış, 1 nəfər isə ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2012

Fevralın 2-də saat 19.30 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Namiq Cavadov "Subaru" markalı avtomaşını idarə edərkən yolu keçən Səfər Albəndiyevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2012

Fevralın 2-də saat 12.00 radələrində Qaradağ rayonu ərazisində Daşkəsən rayon sakini Bəxtiyar Bəxtiyarov "DEU BH-117" markalı avtobusu idarə edərkən yolu keçən Qobustan qəsəbə sakini Rövşən İlyasovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2012

Fevralın 1-də saat 18.30 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Töhfə İbrahimli vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Ağstafa rayonunun S.Vurğun qəsəbə sakini Yolçu Vəliyevə məxsus yardımçı təsərrüfatda yanğın baş vermişdir

02.02.2012

Fevralın 2-də saat 15.00 radələrində Ağstafa rayonunun S.Vurğun qəsəbəsində qəsəbə sakini Yolçu Vəliyevə məxsus yardımçı təsərrüfatda yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış Y.Vəliyevin arvadı Güllü ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.

16 metr kabel oğurlamaqda şübhəli bilinən Qusar rayon Suvacal kənd sakini Çingiz Şeydayev tutulmuşdur

02.02.2012

Fevralın 2-də Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksinin bir hissəsini elektrik enerjisi ilə təmin edən yeraltı kabelin 16 metrlik hissəsini kəsərək oğurlamış Suvacal kənd sakini Çingiz Şeydayev Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Qusar RPŞ-yə təhvil verilmişdir.

Oğurluq etmiş Sumqayıt şəhər sakinləri Etibar Əliyev və Məhər Əliyev tutulmuşlar

02.02.2012

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də "Azərinşaat Servis" MMC-dən oğurluq etmiş Sumqayıt şəhər sakinləri Etibar Əliyev və Məhər Əliyev tutulmuşlar.

Quldurluq etmiş İlham Məlikov və Əbülfət Quluzadə tutulmuşlar

02.02.2012

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Ziyad Əliyevi ov tüfəngi və bıçaqla hədələyərək kassadan 190 manat pul aparmış İlham Məlikov və Əbülfət Quluzadə tutulmuşlar. Ə.Quluzadədən 1 ədəd "Vinçester" tüfəngi, 0,557 qram heroin, İ.Məlikovdan isə 0,557 qram heroin götürülmüşdür.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2012

Fevralın 2-də saat 10.25 radələrində Yasamal rayonu ərazisində yaşayan İlham Valehova məxsus "Mitsubishi Pajero" markalı avtomaşın qaçırılmışdır. Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Abdullayev tutulmuş, ondan 0.241 qram heroin götürülmüşdür.

Oğurluq etmiş İsmayıllı rayon Talıstan kənd sakinləri Asif Məmmədov və Vaqif Hasilov tutulmuşlar

02.02.2012

İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Vüqar Hacıyevin və Seyfəli Qasımovun həyətlərindən oğurluq etmiş Talıstan kənd sakinləri Asif Məmmədov və Vaqif Hasilov tutulmuşlar.

Mingəçevir şəhər ərazisindən silah-sursat tapılmışdır

02.02.2012

Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən şəhər ərazisindən 1 ədəd "AKM-74" markalı avtomat silah, 22 ədəd patron və 2 ədəd patron darağı tapılmışdır.

Dəm qazından zəhərlənmiş 2 yaşlı Müjgan Salehli ölmüşdür

02.02.2012

Fevralın 2-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan 2 yaşlı Müjgan Salehli öz evlərində dəm qazından zəhərlənərək ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

02.02.2012

Fevralın 2-də Sumqayıt şəhər sakini Səyyad Şirinov və Abşeron rayon sakini Samirə Cəbiyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Cəlilabad rayonunun Günəşli kənd sakini Araz Baxşıyev ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açılmış atəşdən aldığı xəsarətdən ölmüşdür

02.02.2012

Fevralın 2-də saat 16.00 radələrində Cəlilabad rayonunun Günəşli kənd sakini Araz Baxşıyev kəndin ərazisindəki istifadə edilməyən köhnə şərab zavodunun hasarından aşarkən ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açılmış atəşdən aldığı xəsarətdən ölmüşdür. Hadisə yerindən 1 ədəd "TOZ-16" markalı tüfəng götürülmüşdür. İlkin məlumatlara əsasən A.Baxşıyev ovdan qayıdarkən yolu qısa olsun deyə zavodun hasarından aşmaq istəmişdir.

O.M.