Amerikadan PKK-ya ağır zərbə

Amerikadan PKK-ya ağır zərbə

21 Aprel 2011 11:21
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ 5 PKK rəhbərini narkotik qaçaqçısı elan edib, mal-aktivlərinin dondurulmasına qərar verdi.

Maliyyə Nazirliyi PKK-nın lider heyətində iştirak edən Cəmil Bayık, Duran Qalxan, Rəmzi Kartal, Sabri Ok və Adəm Uzunun Amerikada olan mal varlıqlarının dondurulmasını məqsədəuyğun gördü. Xarici İşlər Nazirliyindən verilən yazılı şərhə görə, ABŞ Maliyyə Nazirliyinin daxilindəki Xarici və Nəzarət Ofisi (Office of Foreign Assets Control OFAC) bildirib: "Xarici Narkotik şəbəkələrinin Təyini Qanunu" çərçivəsində PKK-nın lider heyətində iştirak edən Cəmil Bayık, Duran Qalxan , Rəmzi Kartal, Sabri Ok və Adəm Uzun "xüsusi olaraq təyin olunmuş narkotik qaçaqçısı" (Specially Designated Narcotics Trafficker) elan ediliblər. Buna görə də sərvətləri nəzarət altına götürülüb. ABŞ vətəndaşlarının bu şəxslərlə iqtisadi və ya ticarət xarakterli bir əməliyyat həyata keçirməsi qadağan edilib.

Terror və narkotrafik əkiz qardaşlardır. İkisi də günahsız insanları öldürür.

Günel Həbib

O.M.