Kəskin hava şəraiti ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində bütün proseslər təxirə salındı

Kəskin hava şəraiti ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində bütün proseslər təxirə salındı

2 Fevral 2012 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində və digər rayon məhkəmələrində bu günə təyin olunan bir çox proseslər təxirə salınıb. Təxirə salınan proseslər əsasən, cinayət tərkibi ilə bağlı olan məhkəmə işləridir. Əksər hallarda yolların buz bağlaması nəticəsində təqsirləndirilən şəxslərin məhkəmə binalarına gətirilməsi mümkün olmayıb. Lakin Bakı Apellyasiya Məhkəməsində və iqtisadi məhkəmələrdə mülkü və iqtisadi məsələlərlə bağlı proseslər təxirə salınmayıb.

O.M.