Bu gün Bakı şəhərində 42 yaşlı kişi damarlarını kəsərək intihar etdi

Bu gün Bakı şəhərində 42 yaşlı kişi damarlarını kəsərək intihar etdi

2 Fevral 2012 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi Rayon Polis İdarəsindən bildirilir ki, bu gün səhər saatlarında 4-cü mikrorayon, Seyidzadə küçəsi 1a, mənzil 26 ünvanında intihar hadisəsi baş verib. Həmin ünvanda yaşayan, 42 yaşlı Vüqar Əliyev damarlarını kəsərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

O.M.