Bakıda zəncirvarı yol qəzası baş verdi

Bakıda zəncirvarı yol qəzası baş verdi

1 Fevral 2012 18:32
755
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, paytaxta 30 avtomobilin toqquşması ilə nəticələnən zəncirvarı yol qəzası baş verib. Hadisə bu saatlarda Xarici Dairəvi Yolda, Beynəlxalq Avtovağzalın yaxınlığında qeydə alınıb. Yolların buz bağlaması nəticəsində 30-a yaxın avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəza zamanı xəsarət alan olmayıb. Bakı Şəhər Dövlət Yol Polisindən həmçinin bildirilib ki, paytaxtın müxtəlif yolları artıq buz bağlayıb. Sürücülərdən ehtiyatlı olmaları xahiş olunur.

O.M.