İran səfirliyi qarşısında etiraz edən müsavatçı gənclərə hökm oxundu

İran səfirliyi qarşısında etiraz edən müsavatçı gənclərə hökm oxundu

1 Fevral 2012 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

Səbayel rayon Məhkəməsində İranın Azərbaycandakı səfirliyinin binası qarşısında saxlanılan Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri - Tural Hacıbəyli və Amid Süleymanovla bağlı məhkəmə prosesi keçirilib. Prosesdə hər iki şəxsin İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsinin tələbini pozduqları elan edilib. Onların hər birinə ayı-ayrılıqda 3 sutka müddətinə inzibati həbs tətbiq olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hər iki şəxs yanvarın 31-də İranının Azərbaycandakı səfirliyinin binası qarşısında xırda xuliqanlıq hərəkətləri edərək yol kənarında quraşdırılmış plafonları sındırdıqları üçün polis tərəfindən saxlanılıblar.

O.M.