47 yaşlı Sabirabad sakini intihar etdi
Sabirabad rayon Polis Şöbəsinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Sabirabad rayonu Azada kənd sakini, 1965-ci il təvəllüdlü Qurbanov İlham Maşallah oğlu yaşadığı evin həyətindəki ağacdan özünü asıb. Onun meyiti bu gün səhər saatlarında aşkarlanıb. Hələlik intiharın səbəbləri istintaqa məlum deyil. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər