15 saylı həbsxanaya bıçaq keçirilməsinin qarşısı alındı

15 saylı həbsxanaya bıçaq keçirilməsinin qarşısı alındı

31 Yanvar 2012 17:13
Bəyəndim (0) Bəyənmədim (0)

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, yanvarın 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1968-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2-ci, 228.4-cü, 234.4.1-ci, 234.4.3-cü və 66.3-cü maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Fətiyev Nazim Kamandar oğlu ilə görüşə gələn qardaşı Fətiyev Faiq Kamandar oğlunun üzərinə baxış keçirilib. Həmin vaxt bir ədəd zavod üsulu ilə hazırlanan, yaylı açılıb-bağlanan bıçaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

O.M.