Zərdabda 7-ci sinif şagirdi qoşulub qaçdı

Zərdabda 7-ci sinif şagirdi qoşulub qaçdı

31 Yanvar 2012 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Zərdab şəhərinin 3 saylı orta məktəbinin 7-ci sinfində təhsil alan Xəlilova Tavad Mahir qızı ailə həyatı qurmaq məqsədi ilə Gədəbəy rayon sakininə qoşularaq qaçıb. Nikah yaşına çatmayan qızı qaçıran şəxsin 1990-cı il təvəllüdlü İsmayılov İlqar Nizami oğlu olduğu bildirilir. Məlumata görə, Zərdab rayonunda fəaliyyət göstərən "Hidrolotos" MMC-nin əməkdaşı olan İlqar İsmayılov əvvəllər Cinayət Məcəlləsinin 332.1 maddəsi (Tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi üzrə məhkumluq həyatı yaşayıb.

Yerli sakinlərin APA-ya verdikləri məlumata görə, T.Xəlilovanın anası qızının ailə qurmaq istəyini maddi vəziyyətlərinin ağır olması ilə izah edib.
Zərdab rayon Polis Şöbəsindən orta məktəb şagirdinin qaçırılması faktını təsdiqləyiblər. T.Xəlilova və İ.İsmayılov bu gün tutularaq Polis Şöbəsində gətirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
O da qeyd olunub ki, 1996-cı il təvəllüdlü T.Xəlilova 2 il sinifdə qalıb, ona görə də hazırda 7-ci sinifdə oxuyur.

O.M.